Görüntüləri yayılan Ramiz Göyüşov KİMDİR? -

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun intim videosu yayılıb.

Bəs Ramiz Göyüşov kimdir? Metbuat.az Ramiz Göyüşov haqqında məlumatı təqdim edir:

Göyüşov Ramiz Cahandar oğlu 1 sentyabr 1954-cü ildə anadan olmuşdur.

1975-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirmişdir.

Uzun illər icra strukturlarında məsul və rəhbər vəzifələrdə çalışmış, 1990-1991-ci illərdə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin sədr müavini, 1993-1996-cı illərdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini, 1996-2005-ci illərdə icra başçısının birinci müavini vəzifələrində çalışmışdır.

2005-2019-cu illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında şöbə müdiri vəzifəsində işləyib.

Dövlət qulluğu müşaviridir. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

11 iyul 2013-cü il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının XIII konfransında sədr və 18 may 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının IX konfransında sədr seçilmişdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR