Daha 10 restoran cərimələndi -

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan Metbuat.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 8-də ölkə üzrə 404 ictimai iaşə obyektində 703 monitorinq keçirilib. Monitorinqlər zamanı 10 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 174m ünvanında yerləşən, fiziki şəxs Tağıyeva Nurlana Fəxrəddin qızına məxsus “Kolorit” restoranı;

2. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ştq, Binəqədi şosesi, ev 54 ünvanında yerləşən, fiziki şəxs Əliyev Aydın Həbib oğluna məxsus “Çeşməli” restoranı;

3. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən, hüquqi "Beat Restaurants" MMC-yə məxsus restoran;

4. Bakı şəhəri, Nərimanov rayonu, Gənclik Mall-da yerləşən, fiziki şəxs Cəfərov Teymur Cəfər oğluna məxsus restoran;

5. Bakı şəhəri, Nərimanov rayonu, Gənclik Mall-da yerləşən, hüquqi şəxs "Siti Keyterinq" QSC-yə məxsus restoran;

6. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Mahmud Kazımovski küç., ev 136 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Camal Kamil oğluna məxsus “Qaxac” kafesi;

7. Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küç., ev 218 ünvanında yerləşən, fiziki şəxs Suleymanov Anar Nurəddin oğluna məxsus restoran;

8. Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi 6 ünvanında yerləşən, hüquqi şəxs "United Coffee Beans" MMC-yə məxsus restoran;

9. Sumqayıt şəhəri, Bulvar küçəsi 71 ünvanında yerləşən, fiziki şəxs Hüseynzadə Teymur Şükür oğluna məxsus "Vanilla waffle" kafesi;

10. Salyan rayonu, Marışlı kəndində yerləşən, fiziki şəxs Cahangirov Anar İsa oğluna məxsus yemekxana.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR