“Qanlı göl”də iki balığçı sudan çıxalıb

“Qanlı göl”də iki balığçı sudan çıxalıb
23:03 18 Yanvar 2015
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Qanlı göl” adlanan ərazidə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 10 km aralıda nəzarətsiz ərazidə) qayığın çevrilməsi nəticəsində 2 balıqçının batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, həmin şəxslər Nazirliyin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas edilmiş və aiddiyyatı üzrə təhvil veriliblər.

Əməliyyat saat 20:50-də başa çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2354566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR