Merkel ilk dəfə özünü feminist adlandırdı

Almaniya kansleri Angela Merkel feminist olduğunu etiraf edib.

Metbuat.az xəbər verir ki, Merkel 2017-ci ildə “İyirmiliy”in sammitində özünü belə bir statusla bəzəmək fikrində olduğunu bildirməsə də, illər keçdikcə fikrini dəyişib.

“Bu gün tam əminliklə təsdiq edə bilərəm ki, mən feministəm. Onda (2017-ci il sammiti) bunu açıq bildirməkdən bir qədər utandım. Bu gün isə düşündükdən sonra deyə bilərəm: hamı feminist olmalıdır”, - deyə Merkel bildirib.

Onun sözlərinə görə, söhbət ictimai həyatda qadın və kişi bərabərliyindən gedərsə, o özünü əminliklə feminist adlandıra bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR