Tanınmış aktyor 55 kiloqram arıqladı -

"Taxt oyunları" ("Game of Thrones") serialında Qriqor Kliqan obrazını canlandıran məşhur aktyor Haftor Byornson yeni görünüşü təəccübləndirib.

Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, ulduz 18 ay ərzində 55 kiloqram çəki atıb. Haftor arıqlamağın və qarın əzələlərinə sahib olmağın sirrini bölüşüb.

32 yaşlı islandiyalı aktyor hər gün 300 dəfə press edərək qarın əzələlərini gücləndirdiyini söyləyib. Həddindən artıq güclü olmağa ehtiyac duymadığını vurğulayan Haftor 12 həftə əvvəl ağırlıq qaldırmağı dayandırdığını bildirib. O etdiyi hərəkətlə qarın əzələlərində böyük bir dəyişiklik olduğunu açıqlayıb:

"Qarın əzələlərim indi daha qabarıq və daha gözəldir, əvvəllər görünmürdülər. Pəhriz çox vacibdir. İstədiyiniz qədər məşq edin, gündə min dəfə oturub-qalxın. Qarın yağını əritmək üçün kalori miqdarını azaltmaq, bədənin sallanmasının qarşısını almaq lazımdır".

Haftor kaloriləri hesablamadığını, hər gün 5 dəfə eyni yüksək proteinli yemək yediyini, həftədə bir dəfə isə istədiyi qidanı istehlak etdiyini qeyd edib.

"Vücudunuzu dinləməlisiniz, bu çox vacibdir. Professional idmançı olduğum üçün gündə iki, bəzən üç dəfə məşq edə bilərəm. Ancaq bəziləri üçün gündə 8-12 saat bunu etmək qeyri-mümkündür" deyə, o, əlavə edib.

Tanınmış aktyor 55 kiloqram arıqladı - FOTOLARTanınmış aktyor 55 kiloqram arıqladı - FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR