Azərbaycanda 19 yaşlı qadın üçəm dünyaya gətirdi -

Quba Regional Perinatal Mərkəzində üçəm doğulub.

Metbuat.az Report-a istinadla xəbər verir ki, Şabran şəhər sakini 19 yaşlı Qızılgül Zabitlinin dünyaya gətirdiyi körpələrdən ikisi qız (2 və 2,2 kq), biri isə oğlan (1,4 kq) uşağıdır.

Həkimlər bildirib ki, hazırda uşaqlar sərbəst nəfəs alır, çəkiləri artır və laborator göstəriciləri yaxşılaşır: "Onların yaxın günlərdə evə buraxılması nəzərdə tutulub".

Qubada 19 yaşlı qadın üçəm dünyaya gətirib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR