x
Loading...

Piezo rinoplastikanı ölkəmizdə ilk dəfə tətbiq edən peşəkər cərrah ​Pərviz Aslanov

Pərviz Aslanov "Ultrasonik Piezo" rinoplastikanı Azərbaycanda ilk dəfə tətbiq edən, bu yeniliyi ölkəmizə gətirən LOR-estetik cərrahiyyə üzrə mütəxəssisdir.

Məhz doktor Pərviz Aslanovun sayəsində Azərbaycan Ultrasonik rinoplastikanı dünyada tətbiq edən 4-cü ölkə oldu. 2005-ci ildə Azərbaycan Tibb Universitetini bitirən Pərviz Aslanov 2006-2014-cü illərdə Respublika Klinik Xəstəxanasında LOR şöbəsində LOR cərrah kimi fəaliyyət göstərib. Daha sonra müxtəlif illərdə ölkənin aparıcı özəl klinikalarında çalışaraq uğurlu cərrahi əməliyyatlar həyata keçirib.

Pərviz Aslanov işlədiyi müddətdə Türkiyə, Almaniya, İtaliya, Amerika və digər ölkələrdə rinoplastika əməliyyatı ilə bağlı beynəlxalq təcrübəyə yiyələnib. O, həmçinin bu illər ərzində 30-dan çox kurs və konfranslarda iştirak edərək məruzəçi kimi tibbi mövzularda çıxışlar edib. Bundan savayı onun “burun estetikası”na dair elmi məqalələri tanınmış nüfuzlu elmi jurnallarda dərc olunub.

Bu yaxınlarda isə tibb sahəsində qazandığı uğurlara və yüksək nəticələrə görə "Reputation Inc." şirkətinin təşkilatçılığı ilə Four Seasons Baku otelində keçirilən beynəlxalq "Golden Palm Awards" layihəsində mükafatla təltif olunub.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR