x
Loading...
.

Qubada ağır cinayətin üstü açıldı

Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində ağır cinayətin açılması təmin olunub, həmin cinayəti törətməkdə şübhəli bilinən Şöhrət Mürsəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Metbuat.az-a bildirilib ki, avqustun 23-də Quba rayon sakini Zeydulla Əzizov müxtəlif xəsarətlərlə Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, avqustun 30-da isə həkimlərin səylərinə baxmayaraq, vəfat edib.

Aparılan tədbirlərlə Z.Mustafayevlə aralarında yaranmış münaqişə zəminində ona çoxsaylı bədən xəsarətləri yetirmiş Ş.Mürsəliyev saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR