3 minə yaxın insanın həlak olduğu terror aktından 20 il ötdü -

20 il bundan öncə - 2001-ci ilin sentaybrın 11-də ABŞ-da dünya tarixində misli görünməmiş terror aktları baş verib.

Metbuat.az xəbər verir ki, həmin gün səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə isə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb. “Boeing 757” tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə yerə düşüb. Hücumlar nəticəsində 19 terrorçunu çıxmaqla birbaşa olaraq 2,977 adam həlak olmuş, 6,000-dən adam yaralanıb. Bu sıraya qaçırılmış dörd təyyarənin içərisində olan 265, Dünya Ticarət Mərkəzində 2,606 və ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasında 125 adam daxildir. Ölənlərdən 2,605-i ABŞ vətəndaşı, yerdə qalan 372-i isə 60-dan çox ölkənin vətəndaşları olub. Mütləq əksəriyyət mülki vətəndaşlardan ibarət olsa da, qurbanlar arasında 70-dən çox polis zabiti, 343 yanğınsöndürən və 55 hərbçi olub. 11 sentyabr terroru haqda ən az danışılan faktorlardan biri göydələnlərin yuxarı mərtəbələrində ilişib qalmış adamların yerə atılmasıdır. Buna əsas səbəb bir çox xəbər agentliklərinin tükürpədici kadrları göstərməkdən imtina etməsi olub. Ehtimal edilir ki, 50-200 arasında insanın göydələndən yerə atılmaq nəticəsində həyatını itirib. Terror aktı nəticəsində Nyu-York şəhərinə dəyən zərərin ümumi həcmi 36 milyard dollar təşkil edib. “Əkiz” binaların dağıntılarının təmizlənməsi isə 8 aydan çox vaxt aparıb. Pentaqonun binasının dağılmış qərb hissəsi 2002-ci ilin sentyabr ayında bərpa olunub.

Hadisənin təhqiqatı nəticələrinə dair 2004-cü ildə dərc edilən məruzədə bildirilir ki, terror aktının qarşısının alınmasına Birləşmiş Ştatların kəşfiyyat xidmətlərinin fəaliyyətində koordinasiyanın olmaması əngəl törədib.

ABŞ-da sentyabrın 11-də baş verən bu hadisələrə görə, bütün ölkə ərazisində matəm tədbirləri və yerli hökumət, ictimai assosiasiyalar, universitet və məktəblər tərəfindən memorial konsertlər təşkil edilir. Bütün federal binalarda dövlət bayraqları endirilir.

Həmin hadisə ilə bağlı fotoları təqdim edirik:

11 Eylül saldırıları' neden bu kadar merak ediliyor?

Dünya Ticarət Mərkəzinin ikinci qülləsi təyyarə vurulduqdan sonra alova bürünür. 11 sentyabr, 2001.

11 Eylül saldırılarının 18. yıl dönümü! 11 Eylül saldırısı nedir? Foto  Galerisi

September 11 - Damage

11 Eylül saldırılarında ölenlerin New York'taki anıt müzedeki fotoğrafları


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR