Nefti həftə ərzində bahalaşıb

Bu həftə ərzində (6-10 sentyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 73 ABŞ dollarına bərabər olub.

Metbuat.az xəbər verir ki, həftə ərzində ən yüksək göstərici – 73,41 dollar təşkil edib, ən minimal göstərici isə 72,48 dollar səviyyəsində olub.

Həftə ərzində Azərbaycan neftinin qiyməti 0,74 dollar və ya 1% artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR