Rusiya "Şimal axını 2"dən Ukraynaya qarşı "silah" olaraq

Ukrayna, Rusiya tərəfindən "Şimal axını 2" qaz kəmərindən "sui-istifadə" ediləcəyi təqdirdə beynəlxalq zəmanətlərin kağız üzərində təsbit edilməsini tələb edib.

Metbuat.az xəbər verir ki, bu fikirləri "Ria-Novostiyə" Ukrayna Prezident ofisinin rəhbəri bildirib Andrey Yermak deyib. Onun sözlərinə görə, Rusiya artıq Şimal axınını Ukraynaya qarşı "silah" olaraq istifadə etməyə başlayıb.

"Almaniya Federal Kansleri Merkel ilə görüşdə həmçinin Prezident Zelenskinin Vaşinqtona səfəri zamanı, konkret olaraq dəstəyi hiss etsək də düşünürəm ki, bunlar "kağız üzərində" olacaq" Yermak belə bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Almaniya kansleri Angela Merkel, Rusiyanın "Şimal axını 2" qaz boru kəmərinin layihəsini dəstəkləyərək, Rusiyanın Kiyevin maraqlarına hörmət etməsinə ehtiyac olduğunu bildirmişdi. Məlumat üçün bildirək ki, "Şimal axını 2" qaz kəmərinin tikintisi sentyabrın 10-da başa çatmışdır. "Bloomberg" mənbələri , tədarükün 1 oktyabrda başlaya biləcəyini iddia edir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR