Livanda böhran: Avtomobillər yollarda qalıb

Livanda təhlükəsizlik səbəbilə və benzin qıtlığına görə yanacaqdoldurma məntəqələrinin 90 faizi bağlanıb.

Metbuat.az xəbər verir ki, yanacaqdoldurma məntəqələrində uzun növbələr böyük narahatlıq yaradıb. Yerli dairələr gərginliyin baş verəcəyindən narahatdır. Bildirilir ki, ərazidəki sıxlıq o qədər çoxdur ki, məntəqələrə benzin gətirilməsində də problemlər yaranıb.

Məntəqə sahibləri təhlükəsizliyi təmin etmək üçün hüquq-mühafizə orqanlarından kömək istəsə də, hələlik cavab almayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR