Putin Əsədlə görüşdü

Rusiya prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.

Metbuat.az "TASS"a istinadən xəbər verir ki, ikitərəfli danışıqlar Kremldə baş tutub. Rusiya lideri Əsədi Moskvada qarşıladığı üçün çox xoşbəxt olduğunu söyləyib və onu ad günü həmçinin Suriyadakı seçkilərin yaxşı nəticələri münasibətilə təbrik edib. Putin, "İnsanlar sizə güvəndiyini və əvvəlki illərin bütün çətinliklərinə baxmayaraq normal həyata qayıtma prosesinə görə sizə təşəkkür edirlər"deyib.

Putin bildirib ki, Suriyada xarici hərbçilərin olması üçün bu ölkənin səlahiyyətli orqanlarının icazəsinin olması vacibdir. O, birgə səylərlə Suriya xalqının "ayağa qalxmasına" kömək etməyin mümkün olacağına ümid etdiyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR