Bakıda mağzadan 2 min manatlıq oğurluq edilib

Bakıda mağzada oğurluq hadisəsi olub.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oğurluq etdiyinə görə tutulan Ş.Bəkirovun ətrafında Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun rayon ərazisindəki mağazaların birindən 500 manat pul və 1500 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR