ŞOK: İran 1 aya nüvə silahına sahib olacaq

İranın nüvə silahını əldə etməsi üçün cəmi 1 aya ehtiyacı var.

Metbuat.az xəbər verir ki, bu barədə Beynəlxaq Atom Enerjisi Agentliyinin hesabatında qeyd edilib. Bildirilir ki, İranın nüvə başlığı əldə etməsi üçün lazımi materiallara sahib olmasına 1 ay qalıb. Açıqlamaya görə, İran 2015-ci ildən bəri ilk dəfədir nüvə silahı əldə etməyə bu qədər yaxındır. Bildirilir ki, İranın uranı 60 faiz zənginləşdirməsi barədə qərarı onun nüvə silahı əldə etməsinə imkan yaradıb.

Belə davam edərsə, İran ikinci nüvə başlığını hərəkətə keçirmək üçün lazım olan yanacağı 3 aya, üçüncü nüvə başlığını hərəkətə keçirmək üçün lazım olan yanacağı isə 5 aya əldə edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR