Həbsdə olan icra başçısı KORONAVİRUSA YOLUXDU -

Lənkəran Ağır Cinayətlər Məhkəməsində işinə baxılan vəzifə cinayətlərinə görə həbs olunmuş Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev koronavirusa yoluxub.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, vəziyyətində ağırlaşmalar olduğundan o, Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalına yerləşdirilib.

İlkin məlumatlara görə, süni tənəffüs aparatına qoşularaq intensiv müalicə olunur. Həkimlərin rəyinə əsasən, o, şəkər, hipertoniya, ürək çatışmazlığı və bu kimi digər ciddi yanaşı xroniki xəstəliklərdən də əziyyət çəkir.

SPACE Müstəqil Teleradio şirkəti



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR