x
Loading...

iPhone 13 Pro və iPhone 13 Pro Max modelləri TƏQDİM EDİLDİ - Qiymətlər AÇIQLANDI

Apple şirkəti iPhone 13 Pro və iPhone 13 Pro Max modellərini rəsmi olaraq təqdim edib.

Metbuat.az xəbər verir ki, məlumata görə, iPhone 13 Pro və iPhone Pro Max bundan əvvəlki seriya ilə müqayisədə daha sürətli ekrana və yeni rənglərə sahibdir. Apple şirkəti yeni mobil cihazları 1000 nit parlaqlığında yeni Super Retina XDR ekranı ilə təchiz edib. iPhone 13 Pro 6.1, Pro Max isə 6.7 inç ekrana sahibdir. 13 seriyası 5 nüvəlidir. Yaddaş həcmi isə 128 GB-dan başlayır. Apple yeni cihazlarda ilk dəfə 1 TB yaddaş seçimini də təqdim edib. iPhone Pro modellərinin çəkiliş sisteminin keyfiyyəti də artıb. Telefonun ön tərəfində kiçik kamera sistemi var. Arxada isə kameraların sayı 3-dür və onlar paslanmayan metalla əhatələnib.

Eyni zamanda bu metal suya və toza qarşı etibarlıdır. Yeni cihazların əvvəlkilərlə müqayisədə enerji tutumu da 2,5 saat artıb. 13 seriyasının qiymətləri isə iPhone Pro 999 dollardan, iPhone Pro Max telefonlarının qiyməti1099 dollardan başlayır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR