Cənubi Koreya tarixi uğura imza atdı

Cənubi Koreya ilk dəfə sualtı ballistik raketi sınaqdan keçirib.

Metbuat.az xəbər verir ki, testlər uğurlu alınıb. Cənubi Koreya prezidenti Mun Çje İn ballistik raketin hədəfi dəqiqliklə vurduğunu açıqlayıb. O, mütəxəssislərə və bu işdə əməyi olanlara təşəkkür edib. Raketin xüsusiyyətləri barədə məlumat verilməyib.

Qeyd edək ki, Cənubi Koreya sualtı ballistik raketə sahib olan 7-ci ölkə olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR