Bakı yollarında tıxac var -

Səhər saatlarından etibarən paytaxtın bir sıra küçə və prospektlərində tıxac yaranıb.

Metbuat.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, paytaxtın Alı Mustafayev küçəsi - 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti - Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol hər iki istiqaməində, Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündə, Bakı-Sumqayıt şosesi - şəhər istiqamətində sıxlıq müşahidə edilir.

Bununla yanaşı, Tbilisi prospektindən şəhər istiqamətində, Heydər Əliyev prospekti - orta və kənar yol Atletlər kəndinin qarşısından Bağırov körpüsü istiqamətində də nəqliyyatın hərəkətində sıxlıq var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR