Şiddətli zəlzələ baş verdi: Tikililər dağıldı, ölənlər var -

Çinin Sıçuan əyalətində rixter cədvəli üzrə 6 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, yeraltı təkanların episentri Luşien bölgəsində yerin 10 kilometr dərinliyində yerləşib. Zəlzələ zamanı 3 nəfər həyatını itirib. 60-dan çox yaralı var. Çox sayda tikili dağılıb. Lakin fəsadların artacağı istisna edilmir. Çin hökuməti bölgədə “2-ci səviyyəli təcili müdaxilə mərkəzi”ni fəaliyyətə keçirib. Bəzi ərazilərdə isə “1-ci səviyyəli təcili müdaxilə mərkəzi” hərəkətə keçib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR