17 minə yaxın saxta əlillik ləğv edilib -

"Son 3 ildə 17 minə yaxın saxta əlillik müəyyən edilib və qarşısı alınıb".

Metbuat.az-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

O bildirib ki, nöqsanlar aşkarlanan xəstəxanalarla bağlı tədbirlər görülüb:

"Vətəndaşlara müraciət edərək bildiririk ki, dəllallara inanmasınlar və onlar barədə hüquq-mühafizə orqanlarına məlumat versinlər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR