BMT-dən ŞOK QƏRAR: Peyvənd olunmayanlar zala buraxılmayacaq

BMT Baş Assambleyasının iclasında iştirak edəcək liderlər və digər rəsmi şəxslər peyvənd olunduqlarına dair sənəd təqdim etməlidir.

Metbuat.az xəbər verir ki, məsələ barədə açıqlama verən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vassili Nebenza BMT-nin bu məcburiyyətinə etiraz edib. Diplomat BMT-nin bu qərarının ayrı-seçkilik olduğunu deyib. O bildirib ki, BMT-nin Baş kaitib Antonio Quterreş 193 ölkəyə məsələ ilə bağlı məktub göndərərək liderləri xəbərdar edib. Nümayəndələr peyvənd sənədini göstərməsə zala buraxılmayacaq.

Qeyd edək ki, BMT Baş Assambleyası sentyabrın 14-də öz işinə başlayacaq. Baş Assambleyanın yüksək səviyyəli sessiya həftəsi isə sentyabrın 21-dən 27-ə kimi davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR