Azərbaycanda “Mu” ştammına yoluxan var? -

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının "Mu" ştammına yoluxma faktı qeydə alınmayıb.

Metbuat.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O bildirib ki, "Mu" ştammı əsasən Cənubi Amerikada geniş yayılıb:

"Yoluxma faktı ilə bağlı Azərbaycanın səhiyyə strukturlarında vaxtaşırı analizlər aparılır. COVID-19-un "Mu" ştammına yoluxma faktı qeydə alındıqda ictimaiyyətə məlumat veriləcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR