Fransaya 90 milyard dollarlıq zərbə: "Bizi arxadan vurdular"

Avstraliya Fransa ilə imzalanmış sualtı qayıqların alınması ilə bağlı sazişdən çıxıb.

Metbuat.az xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyindən açıqlama verilib. Məlumata görə, sənəd Fransanın Avstraliyaya 12 sualtı qayıq satmasını nəzərdə tuturdu. Müqavilənin dəyəri 90 milyard dollar olub. Avstraliya tərəfi ABŞ və Böyük Britaniya ilə razılaşdığını əsas gətirərək, sazişdən çıxıb.

Fransanın Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir: “Həqiqətən arxadan vurulduq. Avstraliya bizə xəyanət etdi”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR