Tarixdə bir ilk və nümunə - “Üç Qardaş-2021”:

“Bakıda Azərbaycan, Pakistan və Türkiyənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə keçirilən “Üç Qardaş - 2021” birgə təlimləri Azərbaycan ordusunun döyüş qabiliyyətinin, peşəkarlığının, sərhəd təhlükəsizliyinin, əsgər və zabitinin daha peşəkar olması baxımından önəm kəsb edir”.

Bu sözləri Metbuat.az-a açıqlamasında AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı deyib. Onun sözlərinə görə, dünya hərb tarixində yeri olan dövlətlərin bütün ordu birləşmələrinin əməkdaşlığı son dərəcə əhəmiyyətli və vacibdir:

“Xüsusilə də, bu mütəmadi əməkaşlıq hər 3 qardaş dövlətin istər hərbi təhlükəsizliyi, istərsə də milli təhlükəsizliyi baxımdan önəmlidir. Qürurverici və fərəhləndirici məqam odur ki, sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim zamanı ilk öncə Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Cavanşir Xüsusi Təyinatlı Qüvvələr komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev geniş məruzə ilə çıxış etdi. Onlar xüsusi təyinatlıları birgə təlimlərin başlaması münasibətilə təbrik etdikdən sonra Azərbaycan, Türkiyə və Pakistanın şəhidlərinin xatirəsini yad etmək ucun bir dəqiqəlik sükut elan olundu. Qardaş dövlətlərimizin dövlət himnlərinin müşayiəti ilə həmin respublikaların dövlət bayraqlarının qaldırılması hərb tariximizdə çox qürurverici hadisə idi”.

Sübhan Talıblı qeyd etdi ki, “Üç qardaş-2021” üç ölkə arasındakı sıx əməkdaşlığın daha bir təzahürüdür. Unutmaq olmaz ki, Azərbaycan Respublikasının bütün sahələrində olduğu kimi, hərbi strategiyasının qurulması və dünya orduları sırasında özünəməxsus yer tutmasında Ali Baş Komandan, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin apardığı siyasət dayanır. Hərbi təlimlər bir ordunun aldığı hərbi təhsilin son nəticəsi və ən üst səviyyəsidir. Üç ölkənin ordusu arasında keçirilən təlimlər isə onlar arasında koordinasiyanı,dialoqu gücləndirəcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR