Çindən etiraz: Sabitlik təhlükə altındadır

"Böyük Britaniya, ABŞ və Avstraliyanın addımları sülh və sabitliyi təhdid edir”.

Metbuat.az xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyi ABŞ, Böyük Britaniya və Avstraliyanın imzaladığı “AUKUS” müqaviləsinə bu sözlərlə etiraz edib.

Açıqlamaya görə, Avstraliyanın nüvə dənizaltı texnologiyasına sahib olması nüvəsizləşdirmə səylərinə xələl gətirir.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Avstraliya Hind okeanı ilə Sakit okeanı arasındakı geniş coğrafiyada təhlükəsizliyi qorumaq üçün 3-lü işbirliyi mexanizmi yaradacaqlarını bəyan ediblər.

Bildirilib ki, ABŞ və Böyük Britaniya sualtı qayıqlar üçün Avstraliyaya lazımi dəstəyi verəcək. ABŞ prezidenti Co Bayden bəyan edib ki, bu bölgənin sərbəst olmasına ehtiyac var.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR