İran ermənilərə yük daşımaq üçün NİYƏ azərbaycanlı

Sentyabrın 12-də Gorus-Qafan yolunun 21 kilometrində Azərbaycan tərəfinin post quraraq, tranzit haqqı alınmağa başlanılması ilə əlaqədar, İrandan Ermənistana yük və neft məhsulları daşıyan TIR sürücüləri narazılıq etmişdilər. Bu əsnada İrandan Ermənistana və Azərbaycanın Qarabağ bölgəsinə yük daşıyan sürücülərin azərbaycanca danışması da olduqca diqqət çəkmişdi.

Bəs azərbaycanca danışan iranlı sürücülər əslində kimdir?

Bu barədə Metbuat.az-a açıqlama verən Güney Azərbaycanlı vəkil Haqan Türkelli bildirdi ki, həmin sürücülər İranın qullarıdır.


“Onları hara əmr etsələr ora gedəcəklər. Sürücülərin arasında azərbaycanlıların olması faktı çox utandırır. Təəssüf ki, Azərbaycanın Güneyində öz milli kimliyini dərk edən Azərbaycan, Qarabağ üçün canından keçməyə hazır olanlarla yanaşı belə rejimin qulları da var. Onu da qeyd edim ki, İranda sosyal iqtisadi vəziyyət çox ağırdır. Orada insanlar bir tikə çörəyə görə böyrəyini satırsa ermənilərə yük daşımağa məcbur qalanlar da az deyil”.

Haqan Türkel bildirdi ki, məsələnin həlli yolu vergilərin artırılması ola bilər.

“Düşünürəm ki, Gorus-Qafan yolu Naxçıvan Zəngəzur yolu açılana qədər bağlı qalmalıdır. Hətta tranzit yoldan istifadə üçün vergiler 5 qat artırılmalıdır. Bu da gizli deyil ki, Zəngəzur dəhlizinin açılmasına en çox elə İran mane olur”.

Qeyd edək ki, erməni KİV-də yayımlanan məlumata görə, Ermənistan polisi və təhlükəsizlik xidməti iranlı sürücülər üçün Gorus-Qafan yolunun müvəqqəti olaraq bağlandığını açıqlayıb. Ermənilər iranlı sürücülərə müraciət edərək alternativ olaraq torpaq yoldan istifadə etməyə çağırıb.

Gülbəniz Hüseynli / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR