x
Loading...
.

"Son hadisələr İranla Ermənistanın birgə oyunudur, nifaq salmaq istəyirlər” - AÇIQLAMA

"Güney azərbaycanlılar heç zaman özlərini quzeydə yaşayan qardaşlarından ayrı görməyiblər. Güneydə yaşayan soydaşlarımız hər zaman Azərbaycanı bütöv gördüyü üçün bu da İran dövlətini hər zaman narahat edib".

Metbuat.az-a bu açıqlamanı iranlı araşdırmaçı jurnalist Elyar Kamrani edib. O qeyd edib ki, İran çalışır ki, çeşitli yollar ilə bu qardaşlığı pozaraq Şimal və Cənub arasında nifaq salsın.

"Azərbaycan müstəqilliyini qazandıqdan sonra İran çeşidli yollarla çalışır ki, iki qardaş arasında narahatlıq yaransın.İndi də Güneydən olan azərbaycanlı sürücülərdən istifadə edərək, ixtilaf və küdurət yaratmağa başlayıb. Bütün bu baş verənlər də Ermənistanla birlikdə planlanıb. Amma bizim millətimiz ayıq-sayıq olduğu üçün belə davranışlar qarşısında heç bir oyuna gəlməməlidir. Daha da güclənib, dünyaya bu gücü nümayiş etdirməlidirlər. Düşünürəm ki, artıq 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı dünyaya bu birliyi layiqincə nümayiş etdirdi".

Məlumat üçün qeyd edək ki, Azərbaycan tərəfi bu ilin avqustunda çox sayda İran yük maşınının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasına qanunsuz keçdiyi barədə məlumat əldə edib. Bundan sonra, bu il avqustun 11-də İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilib. Səfirə nota verilib və İran tərəfinin Azərbaycanla bağlı atdığı qanunsuz addımlardan ciddi narahatlıq ifadə edilib. Bir neçə gün bundan əvvəl Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 3 gün ərzində İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə ikinci dəfə görüşüb. Səmimi müzakirələr zamanı iki dövlət arasında olan münasibətlərin cari vəziyyəti və gələcəyi, həmçinin maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR