Azərbaycanın strateji valyuta ehtiyatları 53 milyard dolları keçib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 2,4 milyard ABŞ dolları və yaxud 4,8% artaraq 53,2 milyard dollara çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu dövrdə AMB-nin valyuta ehtiyatları 10,6% artaraq 7 milyard dolları keçib. Valyuta ehtiyatlarının artmasında Beynəlxalq Valyuta Fondunun SDR-in (Xüsusi Borcalma Hüququ) bölüşdürülməsi zamanı kvota çərçivəsində Azərbaycana ayrılan vəsaitinin ölkə hesabına daxil olması əhəmiyyətli rol oynayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR