x
Loading...
.

Azərbaycan Premyer Liqası: IV tur iki oyunla start götürür

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.

Metbuat.az xəbər verir ki, günün ilk matçı "Qəbələ" və "Səbail" arasında olacaq. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Günün son matçında "Zirə" "Sabah"ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma saat 19:15-də start götürəcək.

Qeyd edək ki, Premyer Liqada IV turun digər 2 oyunu 19-20 sentyabrda gerçəkləşəcək. Bazar günü "Neftçi" - "Keşlə", bazar ertəsi isə "Qarabağ" - "Sumqayıt" matçları keçiriləcək.

Azərbaycan Premyer Liqası

IV tur

18 sentyabr (şənbə)

17:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Rəşad Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu.

19:15. “Zirə” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR