Azərbaycanda kişi 18 bıçaq zərbəsi ilə qətlə yetirdi

İmişlidə 33 yaşlı kişi qətlə yetirilib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Çaxırlı kəndində baş verib.

Kənd sakini, 1993-cü il təvəllüdlü Mürsəlov Azad Adil oğlu münaqişə zəminində qohumu, 1988-ci il təvəllüdlü Vəliyev Cabir Naqil oğlunu 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

A.Mürsəlov polis tərəfindən saxlanılıb.
Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR