"Netflix" məhkəməyə verildi

"Şahmat Oskar"nın ilk sahibi Nona Qaprindaşvili "Netflix"i məhkəməyə verib.

Metbuat.az xəbər verir ki, buna səbəb "Ход королевы" serialı olub. 1980-ci illərin şahmat üzrə çempionu olan Nona proyektdə onunla bağlı bir çox səhvlərə yol verildiyini bildirib.

Serialın bir epozodunda vurğulanıb ki, Nona heç vaxt kişilərlə şahmat oynamayıb. O isə fəaliyyəti dövründə 59 kişiylə yarışdığını açıqlayıb. O bildirib ki, buna görə filmi ərsəyə gətirənlərdən 5 000 000 dollar alacaq.

Qaprindaşvilinin vəkili açıqlamasında "Netflix"in bunu qəsdən etdiyini desə də, "Netflix" rəsmiləri bu iddianı rədd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR