Qondarma rejimin “bayrağ”ını silən polis kimdir? -

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma “respublika”nın qondarma “bayrağı”nı elə yerindəcə süngü ilə qazıyıb.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, həmin görüntülərdə avtomobillərin üzərindən qondarma bayrağı silən Orxan adlı polis əməkdaşı olub.

Polisimiz süngü ilə həmin qondarma “bayrağı” sildikdən sonra “Qarabağ Azərbaycan” deyərək sürücünü yola salır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR