x
Loading...

Rusiya Türkiyənin gücündən EHTİYAT EDİR: Bakıya Rus gəmilərini gətirən SƏBƏB NƏDİR?

"TürkiyəAzərbaycanın Xəzərdə hərbi təlimlər keçməsindən sonra Rusiya Hərbi Dəniz Qüvvələrinin Bakıya gəlməsini xoşniyyətili və yaxud təsadüfi məsələ kimi qiymətləndirmək çətin nəsələdir".

Bu açıqlamanı Metbuat.az-a politoloq Samir Hümbətov edib. Siyasi şərhçi deyir ki, bu gün Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə Bakı Dəniz Limanında Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi atteşesinin nümayəndələri tərəfindən qarşılanıb.

Bəs Rusiya hərbi gəmilərinin tələsik Xəzər dənizinə gəlməsinin səbəbi nədir?

"

"Rusiya Hərbi Dəniz Qüvvələrinin belə tələsik şəkildə Bakıya gəlməsi onu göstərir ki, Rusiya Türkiyənin Xəzərə daxil olmasından artıq narahatdır. Ona görə də Azərbaycan-Türkiyə Hərbi Dəniz təlimlərindən sonra Bakıya səfər etməsi quruda olduğu kimi dənizdə də Türkiyə qorxusunun olduğunu nümayiş etdirmiş oldu. Burada diqqəti cəlb edən digər məsələ İrandır. İran Azərbaycan-Türkiyə Hərbi Dəniz təlimlərindən narahat olduğunu bildirsə də, Rusiya Hərbi Dəniz Qüvvələrinin Bakıya səfəri məsələsində susqunluğunu qoruyur".

Politoloq qeyd etdi ki, görünən odur ki, İran üçün də ən qorxulusu Türkiyənin Xəzərdə olmasıdır.

Gülbəniz Hüseynli / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR