Ermənistanda koronovirusa yoluxanların sayı 253 600 nəfərə çatıb

Ermənistanda koronavirusa (COVİD-19) yoluxanların sayı 253 600 nəfərə çatıb.

Metbuat.az erməni KİV-inə istinadən xəbər verir ki, ötən sutka ərzində daha 507 nəfər COVİD-19-a yoluxub, 14 nəfər ölüb.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 5 131 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 4 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1 191 nəfərə yüksəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR