Marneulidə BMW aptekə girib, satıcı xəsarət alıb - FOTO

Marneulidə BMW aptekə girib, satıcı xəsarət alıb - FOTO
23:22 18 Yanvar 2015
202 Digər
Ölkə mətbuatı
A- A+

[ 18 Yanvar 2015 23:15 ]


Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərinin mərkəzində avtomobil aptekə girib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə Rustaveli və Hacımurad Xəlilov küçələrinin kəsişməsində baş verib.

 

Sürətlə hərəkət edən BMW markalı avtomobilin idarəetmədən çıxaraq aptekə girməsi nəticəsində aptekin işçisi olan qadın ayağından xəsarət alıb.

 

Hadisə yerinə Marneuli Rayon Polis İdarəsinin əməkdaşları və yol patrul xidməti, həmçinin təcili yardım və yanğınsöndürmə maşını gəlib.

 

Faktla ilə bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR