Üç nəfər batma təhlükəsi ilə üzləşdi

Bu gün üç nəfər batma təhlükəsi ilə üzləşib.

Metbuat.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Sahil”, “Nardaran-2” sularda xilasetmə məntəqələrinin ərazisində və bir halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən üç nəfər xilas olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR