Azərbaycan tərəfinə keçən iki erməni geri qaytarıldı

Azərbaycan ərazisinə keçən iki Ermənistan vətəndaşı geri qaytarılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb. Qeyd olunur ki, iki Ermənistan vətəndaşı bu gecə saat 23:45-də ölkələrinə təhvil verilib. Məlumat üçün bildirək ki, Ermənistan MTX-nin Mətbuat Mərkəzinin məlumatına görə, sentyabrın 18-də saat 21:00-da Ermənistanın Kotayk bölgəsinin Kasax icmasının iki sakini Gorus-Vorotan yolu boyunca hərəkət edərkən magistraldan çıxıblar və Azərbaycanın nəzarəti altında olan əraziyə keçiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR