Evdən gələn səs-küy qonşuları QORXUYA SALDI:

Türkiyənin İzmir şəhərində ailə başçısı həyat yoldaşını uşaqların gözləri qarşısında şiddətə məruz qoyub.

Metbuat.az xəbər verir ki, hadisə qonşular tərəfindən lentə alınıb. Qadın həyat yoldaşından xilas olmaq üçün eyvana çıxsa da, türkiyəli bəy dayanmayıb. Məlumata görə, türkiyəlinin, iran əsilli həyat yoldaşına qarşı şiddət sərgiləməsindən sonra qonşular polisə şikayət edib.

Ardınca, ailə başçısı qaçıb gizlənməyə çalışsa da, qonşular onu saxlayaraq, polisə təslim edib. Polis 25 yaşlı qadının ifadəsini alandan sonra ailə başçısını nəzarətə götürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR