x
Loading...

Merkelin şərəfinə oyuncaq hazırlandı - FOTOLAR

Almanyada oyuncaq istehsal edən bir şirkət Almaniya kansleri Angela Merkelin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar maraqlı bir oyuncaq hazırlayıb.

Metbuat.az xəbər verir ki, Bavariyanın Coburq şəhərində yerləşən "Hermann-Spielwaren" oyuncaq şirkəti 16 il Almaniyada kansler olan Merkel üçün oyuncaq ayı satışa çıxarıb.

40 santimetr boyunda olan oyuncağın saç forması, geyimləri kanslerin tərzinə uyğun hazırlanıb. Hətta oyuncağın duruşu belə Merkelin duruşu ilə eynidir. Oyuncağın ayağında isə Angela Merkelin kansler olduğu illlər yazılıb.


Qeyd edək ki, oyuncaq ayı kimi ortaya çıxan digər görkəmli adlar arasında ABŞ -ın keçmiş prezidenti Barak Obama, Almaniyanın keçmiş kansleri Helmut Şmidt və İngiltərə Kraliçası II Elizabet də var.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR