Makron Fransanı ÇÖKDÜRDÜ -

"Fransa prezidenti Emmanuel Makronun qeyri ciddi xarici siyasəti Fransa dövləti üçün ancaq son 3 ayda 120 milyard ziyan vurub. İlin sonuna kimi ziyanın məbləği 300 milyard olacağı ehtimal olunur".

Bu açıqlamanı Metbuat.az-a politoloq Yeganə Hacıyeva edib. Siyasi şərhçi bildirdi ki, buna səbəb dövlətlərin Fransa ilə öncədən razılaşdırılmış müqavilələri tək tərəfli qaydada ləğv etməsidir.

"Təkcə bu həftə ərzində Fransanın ziyanı 75 milyard dollardırdır. Belə ki, Avstraliya Fransadan sualtı qayıqların alınması üçün razılaşdırılmış 66 milyard dollarlıq sazişi, İsveçrə Fransadan “Rafale” qırıcılaırnı alması üçün razılaşdırılmış 9 milyard dollar sazişi birtərəfli qaydada ləğv ediblər. Kim, Aralıq dənizi hövzəsi kimi, Cənubi Qafqaz kimi strateji regionlarla bağlı siyasətini Ermənistanın uydurduğu dezinformasiyaların üzərindən quran qeyri-ciddi prezidentlə iş görmək istəyər?Təəccüblü deyil ki, Fransa senatı və milli assambleyası, Fransa şəhərlərinin rəsmi adminstrasiyaları dünyanın separatist və terroristlərin haqqlarının müdafiə komitəsi kimi fəaliyyət göstərəndə Fransanın dünyadakı nüfuzunun çökəcəyi qanunauyğunluq idi".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR