Coşqun və Rafael ATV-də aparıcılıq edəcək

"Bu şəhərdə"nin aktyorları, Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov yeni mövsümdən ATV kanalında aparıcılıq edəcəklər.

Telekanaldan Metbuat.az-a verilən məlumata görə, proqramın adı "Bu şəhərdə 2050" olacaq. Bununla yanaşı onların efirdə yayımlanan və yayımlanmayan konsertlərindən görüntülər də telekanalda yer alacaq.

Eyni zamanda kanalda "Bu şəhərdə"nin ikinci layihəsi də yer alacaq. Hazırda bununla bağlı danışıqlar aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR