Azərbaycan Xarici İşlər Nazirliyi Perm Universitetinə silahlı hücum nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
Metbuat.az xəbər verir ki, bu barədə mətn XİN-nin rəsmi tvitter səhifəsində yer alıb:
“Perm Dövlət Universitetinə silahlı hücum nəticəsində həlak olmuş şəxslərin ailələrinə və qohumlarına, Rusiya xalqına dərin hüznlə başsağlığı veririk”, -XİN-in paylaşımında deyilir.
Qeyd edək ki, Perm Dövlət Universitetinə silahlı hücum nəticəsində 8 nəfər ölüb, 20-dən çox insan yaralanıb.