x
Loading...

Tanınmış jurnalistin vəziyyəti AĞIRLAŞDI: Süni tənəffüs aparatına qoşdular - FOTO

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

Metbuat.az xəbər verir ki, jurnalistin müalicə aldığı Yeni Klinikadan report-a bildirilib ki, E.Əşrəfoğlunun ağciyərlərində 85 faiz buzlu şüşə aşkarlanıb.

“Onda kəskin tənəffüs və böyrək çatışmazlığı müşahidə edilir. Elnur Əşrəfoğlu 4 gün əvvəl klinikanın reanimasiya şöbəsinə köçürülüb. Xəstə hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Saturasiyası 70 faizdir, ümumi vəziyyəti qənaətbəxş deyil”, – deyə klinikadan bildirilib.

ACF-nin baş katibi Elmar Babanlı isə açıqlamasında E.Əşrəfoğlunun müalicə aldığı klinika və ailə üzvləri ilə daim əlaqədə olduqlarını bildirib. Onun sözlərinə görə, iş yoldaşının müalicəsi üçün bütün lazımi tədbirlər görülür:

“Onun səhhəti daimi nəzarətdədir”.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan həmkarımız daha sonra “Yeni Klinika”ya köçürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR