Avropada təbii qazın qiyməti 900 dolları ötdü

Avropa birjalarında təbii qazın qiymətləri 900 dollar həddini ötüb.

Metbuat.az xəbər verir ki, Niderlandın TTF habında qazın min kubmetri 912 dollara çatıb.

Hazırda, təbii qaz birjalarda bir qədər ucuzlaşaraq 890 dollar ətrafında alınıb-satılır.

Qeyd edək ki, təbii qaz ötən həftə 970 dollaradək bahalaşmış, daha sonra qiymətlər 764 dollaradək azalmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR