Azərbaycanda ər arvadını döyərək

Sentyabrın 21-də Oğuz rayonu Böyük Söyüdlü kəndi ərazisində 1957-ci il təvəllüdlü Gülgəz Muştaqovanın almış olduğu xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Oğuz Rayon Prokurorluğundan Metbuat.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri 1958-ci təvəllüdlü Vaqif Muştaqov şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Gülgəz Muştaqovanın bədəninin müxtəlif nahiyələrinə yumruqla xəsarətlər yetirib, nəticədə Gülgəz Muştaqova almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Oğuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Vaqif Muştaqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

09:13

Oğuzda qadın öldürülüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Böyük Söyüdlü kəndində baş verib.

Kənd sakini, 1957-ci il təvəllüdlü Gülgəz Abdurrahman qızı Mustaqova döyülüb. Altmış dörd yaşlı G.Mustaqova Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətlərdən orada ölüb.

Hadisəni törətməkdə qadının əri, 1958-ci il təvəllüdlü Vaqif Alcan oğlu Mustaqov şübhəli bilinir. Məlumata görə, hadisə ailə münaqişəsi zəminində törədilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR