Avropa Birliyindən Rusiyaya etiraz: Nəticələri tanımırıq

Avropa Birliyi Krımda keçirilən seçkiləri tanımadığını bəyan edib.

Metbuat.az xəbər verir ki, Avropa Birliyinin açıqlamasına görə, ilhaq edilən Krımda seçkilərin keçirilməsi qanunsuzdur. Həmçinin açıqlamada qeyd edilir ki, Rusiyanın seçkiləri müşahidə etmək üçün məhdud sayda ATƏT nümayəndəsinə icazə verməsi narahatlıq yaradıb.Açıqlamaya görə, seçkilərdən əvvəl də Rusiya hökuməti müxalif siyasətçilərə təzyiq edib, media qurumlarna təzyiqini artırıb.

Bu isə namizədlər haqqında əhalinin tam məlumat ala bilməməsinə gətirib çıxarıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR