"Barcelona" son dəqiqədə qol vura bilib

İspaniya Birinci Futbol Liqasının (La Liqa) 5-ci həftəsində "Barcelona" "Qranada" ilə qarşılaşıb.

Metbuat.az xəbər verir ki, matç 1:1 hesabı ilə bitib. Belə ki, "Qranada" oyunun 2-ci dəqiqəsində rəqib komandanın qapısından topu keçirə bilib.

Matçın 90-cı dəqiqəsinin son saniyələrində Araujonun vurduğu qolla "Barcelona" meydanı bir xalla tərk edə bilib.

Bununla da "Barselona" 8 xalla 7 -ci, "Qranada" isə 3 xalla 17 -ci yerdə qərarlaşıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR