Ermənistanı küncə sıxışdırmaq olmaz:

"Cənubi Qafqaz regionunda münasibətlərin normallaşması 9 Noyabr 2020 -ci il tarixli üçtərəfli bəyannamənin şərtlərinin yerinə yetirilməsindən irəli gəlir. İkincisi, bəyanata imza atan bütün dövlətlərə aydındır ki, kommunikasiyaların açılmasının yalnız İrəvanla Bakı, Ankara və İrəvan arasındakı münasibətlər normallaşacağı təqdirdə mümkündür".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı daha çox ermənipərəst mövqeyi ilə tanınan rusiyalı politoloq Stanislav Tarasov müsahibəsində bildirib. O qeyd edib ki, Bakı-İrəvan və İrəvan-Ankara münasibətlərinin normallaşması mürəkkəb bir prosesdir.

“O proseslərin başlanması üçün ermənilərin bundan hər hansı bir fayda hiss etməsi lazımdır. Ancaq Azərbaycanın öncədən hesablamaları düşünürəm ki, Ermənistan tərəfini qorxudur. Xüsusilə də Bakının qarşısına Dağlıq Qarabağ ermənilərini öz ərazisinə inteqrasiya etmək vəzifəsi qoyduğunu nəzərə alsaq belə olan halda İrəvana təzyiq göstərməyin nə mənası var? Axı Paşinyan üçün problemlər bundan başlayır. Aydındır ki, Paşinyan gedərsə, qisas almaq istəyən qüvvələr hakimiyyətə gələcək. Bəli, Ermənistanın Azərbaycanla savaşmaq üçün resursları yoxdur, amma qisas uzun bir prosesdir. Bakı yumşaq güc siyasətini tətbiq etməlidir”.

Stanislav Tarasov fikirlərinə əlavə olaraq qeyd edib ki, Azərbaycan münaqişənin güc yəni hərbi yolla həllinə nail olsa da müharibədən sonrakı diplomatik həll hələ də geridə qaldı.

“Bəli, Azərbaycan qalib gəldi və bundan sonra nə olacaq? Azərbaycan güclü dövlətdir Ermənistan məğlub oldu, buna görə də qalib qalibiyyətini möhkəmləndirmək istəyir, amma güc mövqeyindən danışmağı dayandırmalıyıq. Erməniləri bir küncə sıxışdırmaq olmaz, çünki iki ölkə hər halda yan -yana yaşayacaq. Diplomatik sahədə müharibədə qələbəni gücləndirmək lazımdır"Tarasov bildirib.

Rusiyalı politoloq onu da vurğulayıb ki, Paşinyan hər halda kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin sülh müqaviləsi bağlamaq məsələlərində ziddiyyətli siyasət yürüdür. “Başa düşmək lazımdır ki, Paşinyan Ermənistanda anormal bir hadisədir. Nikol müharibəni uduzdu, ancaq ermənilər köhnə hökumətin geri dönməsini istəmədikləri üçün seçkilərdə qalib gəldi” deyə politoloq bildirib. O həmçinin əlavə edib ki, Türkiyə-Ermənistan münasibətlərinin bərpası vacibdir.

“Baxın, Ərdoğan deyir ki, Ermənistan Zəngəzur dəhlizinin açılışını əngəlləməsə, Ankara İrəvanla sərhədləri açmağa hazırdır. Ona görə də üç ölkə - Azərbaycan, Ermənistan və Türkiyə arasında qarşılıqlı güvənə ehtiyac var. Bu etimad olmadan üçtərəfli bəyanatlardan söhbət gedə bilməz" deyə Stanislav Tarasov fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR