​Bu yolda hərəkət məhdudlaşdırılır

21 sentyabr saat 20:00-dan 22 sentyabr saat 08-00-dək Bakı şəhəri, Nəsimi rayonu Ceyhun Səlimov küçəsində (3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar əsas və köməkçi yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə AAYDA-dan Metbuat.az-a məlumat verilib:

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - məlumatda qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR